Available courses

"Servis Fəaliyyəti" kursu tələbələrə xidmət anlayışı, xidmıt sahəsinin xüsusiyyətləri və marketinq problemləri, habelə xidmət sahəsində müştəri məmnuniyyətinin rolu, istehsal və xidmət sahəsi arasındakı əsas fərqləri tədris etmək üçün nəzərdə tutulmuşdur. Kurs, həmçinin tələbələrə xidmət yönümlü təşkilatlarda məşğulluğun əsas üstünlüklərini və çətinliklərini araşdırmağa və karyera yollarını müəyyənləşdirməyə kömək edəcək.

Tədris kurikulumu Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən təsdiq edilib və “Turizm və Otelçilik” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Kurs tələbələrin növbəti illərdə götürəcəkləri digər kurslar üçün (“Mehmanxana Menecmenti”, “Qida və içki şöbəsinin idarə edilməsi”, “Otellərdə qəbul və xidmət”, “Konqres turizmi” və s) bönövrə formalaşdıracaqdır. 

The "Service Work" course is an introductory course designed to provide the students with up-to-date information on the service economy and high-quality customer service, customer roles and expectations in the service industry, key differences between the service and manufacturing industries, characteristics of service products, employee roles in service settings, and so on. The course will enable the students to explore the major benefits and challenges of employment in service-oriented organizations and help them determine their career path.

The educational curriculum is approved by Azerbaijan Tourism and Management University and is designed for students with the specialty of "Tourism and Hotel Business". The course will create a strong foundation for future courses, including "Hotel Management", "Food and Beverage Management", "Hotel Reception and Services", "Congress Tourism," and so on.

Nəzarət (controlling) fənni Turizm işinin təşkili ixtisası üzrə 8-ci semestrdə tədrisi nəzərdə tutulmuşdur. Fənnin sonunda tələbələr idarəetmədə əzarət funksiyasının məzmunu, əhəmiyyəti və alətləri barədə məlumat əldə edəcəklə, həmçinin mehmanxana müəssisələri üçün dövlət və beynəlxalq standartlar, habelə nəzarətin müxtəlif şöbə və fəaliyyətlərdə analizi və tətbiq edilməsi biliklərinə yiyələnəcəklər.